Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.56 $▲1.24%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.308 $▲2.96%
  • Qızıl4 053 $▼1.74%
  • Gümüş52.37 $▼1.65%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 555 $▼0.19%
  • Ethereum2 056 $▲0.27%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı istifadəyə verildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fund.gov.az) fəaliyyətə başlayıb.

Busaat.az-ın məlumatına görə, saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6689