Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.11 $▲2.69%
  • WTI neft88.60 $▲2.24%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.946 $▲0.48%
  • Qızıl4 134 $▼0.39%
  • Gümüş52.78 $▼0.59%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.75 ¢▲0.50%
  • Bitcoin80 289 $▼0.17%
  • Ethereum2 416 $▼0.26%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Son dəqiqə

Kreditini ödəyə bilməyənlərin nəzərinə: Banklar cərimə yazmayacaq

image-cash_loans_new_min
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyyə müddəti bu il oktyabrın 1-dək uzadılıb”.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

image-vuqar-bayramov-zengezur-dehlizi-region-ucun-strateji-ehemiyyete-malik-olacaq-0-1617259824

Deputat qeyd edib ki, Mərkəzi Bankın tövsiyyəsinə əsasən müvafiq dövrə qədər kreditini ödəyə bilməyən şəxslərin kredit tarxiçələri pisləşməyəcək:

“Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyyə müddətini bu il oktyabrın 1-dək uzadıb. Bu, o deməkdir ki, Mərkəzi Bankın tövsiyyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir.

Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif etmişdim”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51344