Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 465 $▼4.04%
  • Ethereum1 824 $▼5.37%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Kriminalistdən kritik yazı - “7 yaşlı Fəridin qatilini tapdılar”

image-6454f70823927202305233104
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Budur, qoçaqlar heç üstündən 2 gün keçməmiş 7 yaşlı Fəridin qatilini çalışıb tapdılar. O məşqçini və mənsub olduğu “döyüş idmanı” qruplaşmasını saxlayan oliqarxlar dərhal imkan resurslarını və xidmətlərindəki jurnalistləri də işə salıb, ölən uşağın onsuz da əməlli psixoloji durumda olmayan və uşağının ölümündən də sonra betər “başı itmiş” hala düşən anasından tez, “jurnalist fəndi ilə” müsahibə götürtdülər”.

Busaat.az xəbər verir ki, bu sözləri Feysbukda hüquqşünas-kriminalist İlqar Altay yazıb. O, məşqdə ağır xəsarət alıb dünyasını dəyişən uşağın anasını günahlandıranları qınayıb:

“Gurhagurla ictimaiyyətə yaydılar ki, Fəridin anasından bunların “Gözləri nəsə, su içmir” və qadın özünü bir cür, şübhəli aparır, gözündən yaş çıxmır, danışığı hərəkətləri şübhə doğurur. Bu qadında nəsə var, uşağını heç vecinə alana oxşamır, o məşqçiyə “vurulmuşa” oxşayır, filan.

Az qala, yekun nəticə olmaqla fikir yayalar ki, demək, ananın öz oğlunun ölümündə “əli” var! Hələ mükafatdan başı gicəllənib, fərəhlənən bəzi jurnalistlər yazırlar ki, biz gedib istintaqçı, kriminalistdən də yaxşı iş apardıq, qadını sözə tutub, söz almaqla. Elə bilirlər bununla iş bitdi.

Görün, oliqarxlar cəmiyyəti necə külək kimi öz istədikləri tərəflərə yönəltmək imkanındadırlar, necə dövlət içində açıq hegemonluqlar edirlər. Belə getməz, gedə bilməz. Dövlət bəzi işlərdən sonra, yəqin ki, bu problemi də çözər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108923