KTMT Baş katibindən sülhməramlılarla bağlı açıqlama

image-ktmtbackend

“Rus sülhməramlıların yerləşdirilməsi Cənubi Qafqaz bölgəsindəki vəziyyəti sabitləşdirib”.

Busaat.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas onlayn brifinq zamanı deyib.

“Bildiyiniz kimi, Rusiya Federasiyasının vasitəçiliyi ilə qan tökülməsini dayandırmaq mümkün oldu. Və daha da böyük bir faciənin qarşısı alındı. Atəşkəs və rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi münaqişə zonasında və ümumiyyətlə Cənubi Qafqazda vəziyyəti sabitləşdirdi”,- deyə Zas qeyd edib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar Dağlıq Qarabağ ətrafındakı böhranın uzunmüddətli və genişmiqyaslı həlli üçün lazımi şərait yaradır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90