La Repubblica: İtaliya Ukraynaya beşə qədər döyüş təyyarəsi göndərə bilər

image-the-end-of-an-era-raf-tornado-returns-from-operations-for-the-last-timebackend

Digər Aİ ölkələri də eyni şeyi edərsə, İtaliya Ukraynaya beşə qədər döyüş təyyarəsi verəcək.

Busaat.az xəbər verir ki, bunu “La Repubblica” qəzeti yazır.

Qəzetin yazdığına görə, söhbət çətin ki, beşinci nəsil qırıcılar “F-35” və ya “Eurofighter” təyyarələrindən gedir. Gözlənilir ki, İtaliya hökuməti Kiyevə Braziliya ilə birgə hazırlanmış “Amx” hücum təyyarələri, həmçinin üçüncü nəsil “Tornado” qırıcıları verəcək.

“La Repubblica”nın məlumatına görə, yuxarıda adı çəkilən təyyarələrin tədarükü ilə bağlı müqavilə İtaliyanın baş naziri Giorgia Meloninin fevralın 21-də Kiyevə səfəri zamanı bağlana bilər.

Məqalə müəllifləri qeyd ediblər ki, Roma qırıcı təyyarələrin tədarükü məsələsində, xüsusən də İtaliya cəmiyyətinin münaqişənin davam etməsinə qarşı çıxmağa başlaması ilə bağlı təşəbbüs göstərmək niyyətində deyil.

Nəşrin yazdığına görə, Qərbin bu addımı atacağı təqdirdə baş nazir Meloni etiraz etməyəcək.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki