Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.15 $▼1.52%
  • WTI neft90.45 $▼1.09%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.993 $▲1.25%
  • Qızıl4 083 $▲0.72%
  • Gümüş52.13 $▲1.13%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda593.00 ¢▼0.38%
  • Bitcoin75 595 $▼0.49%
  • Ethereum2 225 $▼0.44%
  • S&P 5007 404▲0.65%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Lavrov: Bakı ilə İrəvan sülhə ya hə deməlidilər, ya da yox

image-11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubu Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

“Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil.

Məhz buna görə də “3+3″ Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışıb: “İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox”.

Rusiya XİN rəhbəri Ermənistanın ABŞ-la gözlənilən strateji əməkdaşlıq müqaviləsinə də toxunub. Lavrov qey edib ki, ABŞ Ermənistandan strateji əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi tələb edə bilər.

“Biz müxtəlif müqavilələrdə “strateji tərəfdaşlıq” terminologiyasından da istifadə etmişik, lakin heç vaxt üçüncü ölkəyə qarşı hərəkət etməyə məcbur olmamışıq. “Biz strateji tərəfdaşıq, bu o deməkdir ki, siz (Rusiyaya qarşı) sanksiyalara qoşulmalısınız”. İndi Serbiyadan tələb etdikləri budur. Ermənistandandan da tələb edəcəklər”.

Bundan əlavə, o, Ermənistanın xarici işlər naziri Mirzoyanın Rusiyaya dəvət olunduğunu və onun səfərinin yaxın vaxtlarda baş tuta biləcəyini bildirib. O, həmçinin bildirib ki, Moskva ilə İrəvan arasında münasibətlər “asan deyil”, lakin dialoq davam edir.

Bundan əlavə, Lavrov Ermənistanın baş naziri Paşinyana Aİ ilə birləşməyə can atan Ukraynanın təcrübəsini xatırladıb: “Sonra 2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası üzrə danışıqlar MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çatır. Çünki MDB-də daxili tariflər yoxdu”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156451