Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 784 $▲0.57%
  • Ethereum2 364 $▲1.09%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində - Foto

image-meryemkilse

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

Busaat.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya XİN-in rəhbəri bu məbədin binasının 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilməsi barədə məlumatlandırılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

Qeyd olunub ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb.  2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.

 



Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul