Lavrov Bakıya buna görə gəlir – ŞOK SƏBƏB

image-yenigundem_fd82ec31786892f6e07398a9b9717410_lx0nvirsua4m1fz5yq6t-620x400backend

“Lavrovun bu səfəri ABŞ Dövlət katibi Blinkenin Azərbaycan dövlət başçısına zəngindən dərhal sonra elan olundu. Düşünürəm ki, bu, ABŞ-Rusiya münasibətlərindəki qarşıdurmanın nəticəsidir”.

Busaat.az xəbər verir ki, politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov müsahibəsində belə deyib.

– Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya hansı təkliflərlə gəlir və ya bu səfərdə məqsəd nədir?

– Hər iki dövlət istəyir ki, onların bu bölgədəki rolu yüksək səviyyədə qalmalıdır. ABŞ hesab edir ki, bundan sonra Minsk qrupu çərçivəsində müəyyən işlər görülməlidir. Blinken də bunu dilə gətirdi. Rusiya da anlayır ki, bölgəni əldən çıxarmamaq üçün öz xarici işlər nazirini bura göndərib, müəyyən məsələləri araşdırmalıdır, öz mövqeyini bildirməlidir.

Əlbəttə, əsas məsələ Azərbaycanın mövqeyidir. Təbii ki, Azərbaycan aparıcı dövlətlərin heç biri ilə olan münasibətlərini pozmaq və korlamaq fikrində deyil. Azərbaycan öz vəzifəsini yerinə yetirib – torpaqlarını işğaldan azad edib. İndi də diplomatik meydanda siyasi oyunlar gedir. Görünür, diplomatik münasibətlərdə müəyyən amillər aktivləşməyə başlayıb.

Proseslərin hərbi fazası artıq arxada qalıb. Diplomatik addımlar intensivləşməsi də, aparıcı dövlətlərin burada nümayiş etdirdiyi mövqelərdən irəli gəlir.

– Lavrovun bu səfəri həm də yaxın günlərdə Şuşaya gəlməyi planlaşdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqəli ola bilərmi?

– Əlaqəsi ola bilər. Təbii ki, Türkiyə və Rusiya bölgədə birgə işləsələr də, monitorinq mərkəzində birgə yer alsalar da, hər iki dövlətin yanaşmaları fərqlidir. Ermənistana daha yaxın olan Rusiyadır, Azərbaycanla qardaş və müttəfiq dövlət olan Türkiyədir. Bəlkə də Lavrov qabaqlayıcı bir addım atmaq istəyir.

Buna Ərdoğanın səfəri ərəfəsində Moskvanın mövqeyini daha qabarıq şəkildə bildirmək, Rusiyanın bölgədəki yerini bərkitmək, rolunu yüksək səviyyədə saxlamaq və digər geosiyasi proseslərə nəzarətinin davamı kimi də baxmaq olar.

Təbii ki, Azərbaycan bütün bunlara baxmayaraq, öz mövqeyini prinsipial şəkildə bildirir və müdafiə edir. Biz heç vaxt kiminsə, heç bir böyük dövlətin əlaltısı olmamışıq. Eyni zamanda, onlarla münasibətləri yüksək səviyyədə saxlamağa hazırıq. Əlbəttə, bu münasibətlər maraqlarımıza zidd deyilsə… Xüsusən də Rusiyanı nəzərdə tuturam. / Teleqraf.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90