Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 860 $▼0.54%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Lavrov cümə axşamı Quterreşlə taxıl sazişini müzakirə edəcək

image-sergey-lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı İstanbul razılaşmalarının icrasını müzakirə edəcək.

Busaat.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Bu gün xarici işlər naziri ilə BMT-nin baş katibi arasında görüş olacaq və orada İstanbul razılaşmalarının həyata keçirilməsi məsələsinə də toxunulacaq”, – diplomat TASS-ın jurnalistlərinə deyib.

BMT baş katibinin müavini Martin Griffiths və BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspandan Rusiya ərzaq və gübrələrinin ixracını təmin etmək üçün hər hansı yeni təkliflər irəli sürmələri ilə bağlı suala cavab olaraq Verşinin qeyd edib ki, bu məsələlər müzakirə olunur. Xüsusilə, onlar BMT baş katibinin Rusiya xarici işlər naziri ilə mübadilə etdiyi məktublarda öz əksini tapıb.

“Bu məsələ ilə bağlı mövqeyimiz məlumdur”, – diplomat bildirib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul