Lavrov: "Rusiya dolları öldürmək istəmir, ABŞ artıq öz rolunu təmin etmir"
“Rusiyanın dolları öldürmək arzusu yoxdur, sadəcə ABŞ özü artıq onun rolunu təmin etmir”.
Busaat.az xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz açıq şəkildə öz xəttimizi nə ABŞ-a, nə də Qərbə qarşı inkişaf etdiririk. Dolları öldürmək istəyən biz deyilik. ABŞ dolların hər kəsi qane edən rolunu artıq təmin etmir, problem budur. Moskva bərabər hüquqlar əsasında buna hazır olan və maraqların ədalətli balansını axtaran ölkələrlə əlaqələri genişləndirəcək”, – o vurğulayıb.
Lavrov KTMT, MDB, EAEU, BRİKS və ŞƏT kimi təşkilatların xüsusilə bu şəkildə konsensus əsasında işlədiyini qeyd edib.





