Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 675 $▲0.32%
  • Ethereum2 256 $▲0.14%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Lavrovun Azərbaycana səfərinin gündəliyi açıqlandı

image-lavrov2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Busaat.az-ın “TASS”a istinadən məlumatına görə, səfərin detalları məlum olub.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Lavrov 22-23 iyun tarixlərində Tehranda işgüzar səfərdə olacaq olacaq. İyunun 23-24-ü isə Azərbaycana səfər edəcək.

Onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Bakıya səfər zamanı bir sıra regional və beynəlxalq məsələlərin müzakirəsi və nəzərdən keçirilməsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək:

“Səfər çərçivəsində Rusiya və Azərbaycan Prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79987