Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə bir sıra qərarlar verilib.
Busaat.az həmin qərarları təqdim edir:
31 may 2021-ci il tarixindən etibarən
– Açıq havada maska məcburiyyəti ləğv edilir;
– Bakı Metropoliteni açılır;
– Rayonlar və şəhərlərarası marşrut avtobuslarının fəaliyyəti bərpa edilir.
10 iyun 2021-ci il tarixindən etibarən
– İbadət yerləri, məscidlər açılır;
– İdman zalları fəaliyyətə başlayır;
– Çimərliklər açılır;
– Mallar açılır.