Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.74 $▼0.68%
  • Avropa qazı (TTF)85.84 €▼5.63%
  • Təbii qaz (ABŞ)3.168 $▲0.32%
  • Qızıl3 875 $▲0.13%
  • Gümüş47.55 $▲0.48%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin63 926 $▼2.13%
  • Ethereum1 791 $▼2.39%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Azərbaycanda son bir həftədə 126 nəfər koronavirusa yoluxub

image-covid-19
COVID-19
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 126 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 123 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 909, bu günə qədər isə ümumilikdə 7 677 476 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 91 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 392 olub.image-covid-192image-covid-19

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121246