
Livanın xarici işlər naziri Buhabib Türkiyəyə səfər edəcək
Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib, nəqliyyat və infrastruktur naziri Əli Hami və ətraf mühit naziri Nasser Yassin Türkiyəyə səfər edəcək.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Bəyanatda qeyd edilib:
“Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib, ətraf mühit naziri Nasser Yassin və nəqliyyat və infrastruktur naziri Əli Hami ilə birlikdə həmrəylik nümayiş etdirmək və faciədən sonra başsağlığı vermək üçün 23-24 fevral 2023-cü il tarixlərində ölkəmizə səfər edəcəklər”.
Bildirilib ki, 23 fevral 2023-cü ildə Ankarada Türkiyə XİN rəhbəri ilə ikitərəfli görüş keçiriləcək.





















