
“Lokomotiv”in hücumçusu İzidor “Marsel”ə keçməyə yaxındır
“Lokomotiv”in hücumçusu Vilson İzidor Fransanın “Marsel”inə keçməyə yaxındır.
Busaat.az xəbər verir ki, bu barədə L’Equipe məlumat yayıb.
Mənbə bildirir ki, Provansların idman direktoru Xavyer Ribalta forvardla 5 illik müqavilə imzalasa da, “Lokomotiv”lə hələ də razılıq əldə olunmayıb.
Həmçinin, “Marsel”in hücum xəttində daha bir neçə futbolçu ala biləcəyi ehtimalı da istisna edilmir.
22 yaşlı İzidor 2022-ci ilin yanvarından “Lokomotiv”də oynayır. Onun Moskva klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Transfermarkt onlayn portalı hücumçunu 6 milyon avro qiymətləndirir.
Bu mövsüm sözgedən hücumçu “Lokomotiv”in heyətində bütün turnirlərdə altı oyun keçirib, iki qol və bir məhsuldar ötürmə edib.


















