
Lukaşenko TƏHDİD etdi: “Bizə toxunsalar, körpü hadisəsi parkda gəzinti kimi görünəcək”
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Belarusa mümkün hücumu ilə bağlı xəbərdarlıq aldığını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Lukaşenko özü açıqlama verib.
Açıqlamaya görə, Minsk qeyri-rəsmi kanallar vasitəsilə Ukraynanın Belarusa mümkün hücumu barədə xəbərdarlıq alıb.
“Dünən bizə qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib. “Biz Belarusda Krım körpüsü – 2 ssenarisini reallaşdıracağıq” şəklində təhdidlər var. Cavabım sadə oldu: “Ukrayna prezidentinə və digər dəlilərə de ki, onlar bizim ərazimizin bir metrinə belə çirkli əlləri ilə toxunsalar, Krım körpüsü parkda gəzinti kimi görünəcək” – deyə, Lukaşenko təhdid edib.




















