Məzmuna keç
  • Brent neft104.17 $▼5.29%
  • WTI neft96.07 $▼4.67%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.867 $▼1.38%
  • Qızıl3 952 $▲1.08%
  • Gümüş50.60 $▲1.02%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 862 $▼1.74%
  • Ethereum2 247 $▼1.08%
  • S&P 5007 558▼0.30%
14°Bakı
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674
Dünya

“Lukaşenkonun gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarusda Aleksandr Lukaşenkonun prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə gizli inauqurasiya mərasimi keçirməsi onu daha da nüfuzdan salır.

Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

“Lukaşenkonun bu gün (sentyabrın 23-də -red.) Minskdə keçirilən gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir. Onun saxtalaşdırılmış seçkiləri Belarus xalqını aldatmaq idi”, – Raab tvitterdə yazıb.

Daha əvvəl ABŞ Dövlət Departamenti gizli inauqurasiya mərasimi keçirən Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımadığını bəyan etmişdi.

Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=19218