Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft94.18 $▲0.16%
  • WTI neft87.16 $▼0.11%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.952 $▲0.27%
  • Qızıl4 137 $▼0.01%
  • Gümüş52.77 $▼0.62%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda600.50 ¢▼0.04%
  • Bitcoin80 696 $▲0.33%
  • Ethereum2 431 $▲0.38%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Magistraturada yenilik – 6 yeni ixtisas üzrə tədris başlayacaq

image-news_20250505122323
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.

Busaat.az “Report”a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən “Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, konsepsiyada əksini tapmış “Ali məktəblər üçün virtual əczaçılıq zavodu” layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində “Elmi-istehsalat təcrübə bazası”nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:

“Konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq”.

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi və “Scandens” əczaçılıq şirkətinin birgə təşkilatçılığı keçirilir. Tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla 300-ə yaxın iştirakçı bir araya gəlib.

Məqsəd ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.

Bu da Azərbaycanda əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=161927