Mahir tənqid olundu – “O cür epizodda qol vurmamaq…”

image-97e65ac9-048f-4bde-87ad-5bd45869fd79backend

Polşanın “Legiya” klubunun sabiq futbolçusu Marek Yovyak Varşata təmsilçisinin çıxışı barədə “Przegladsportowy” nəşrinə müsahibə verib. 

Busaat.az Offsideplus.az-a istinadən xəbər verir ki, 54 yaşlı polşalı keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emreli və portuqaliyalı forvard Rafael Lopesin IX turda “Rakuv”la oyundakı çıxışını tənqid edib.

Yovyakın sözlərinə görə, “Legiya”nın “mərmilər”i lazımi formada deyil: “Mahir Emreli və Rafael Lopesin o cür epizodlardan yararlanmaları lazımdır. Qol vurmamaq günah olardı. Komandanın ən böyük qüsuru qeyri-effektivlikdir. Əvvəlki yarışlarda cərimə meydançasına asmaların demək olar ki, hamısı Tomaş Pekqartın qolu ilə nəticələnirdi. İndi belə zərbələr endirən yoxdur”.

Qeyd edək ki, “Legiya” “Rakuv”a evdə 2:3 hesabı ilə uduzub. Varşava təmsilçisinin ilk qolunu 33-cü dəqiqədə Mahir Emreli vurub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90