Makron Almaniyaya səsləndi: “Milli siyasət deyil, Avropa siyasətini izləməliyik”

Emmanuel Makronbackend

Avropa Covid-19 pandemiyası zamanı yaşananlara bənzər bir prosesdən keçir.

Busaat.az xəbər verir ki, bunu Fransa mətbuatına verdiyi açıqlamada Prezident Emmanuel Makron deyib.

Artan enerji qiymətlərinə qarşı Almaniyanı Avropa ilə həmrəyliyə çağıran Makron, “Biz milli siyasət apara bilmərik, çünki bu, Avropa qitəsində balanssızlığa səbəb olur” – deyə, qeyd edib.

Makron qitədə milli strategiyalardan daha çox Avropa strategiyasının icrasının daha uğurlu olacağını bildirib və Fransa-Almaniya əməkdaşlığının buna tab gətirə biləcəyinə işarə edib.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolz sentyabrın sonunda Almaniyada istehlakçıları və şirkətləri yüksək enerji xərclərindən qorumaq üçün 200 milyard avro dəyərində bir fond yaradılacağını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90