Manaf bu dəfə qalmaqal yaratdı: “Məni yola verdin”

image-manafbackend

“Leyla, mən səndən incimişəm”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev həmkarı Leya Rəhimovadan danışarkən deyib.

O, xanım həmkarı ilə aralarındakı mahnı qalmaqalına aydınlıq gətirib:

“Mən mahnını aranjmana verdim, dedim sən də get oxu. Məni yola verdin. “Səsim işləmir, səsim işləmir”. İki gün keçdi, üç gün keçdi… Dünən də efirdə deyib ki, guya oxuyacaq. 4 aydır ee, Leyla xanım. Amma hər gün toydasan. Səsin də toyda “şaqqıldayır”. Məni yola vermək olmaz. Mənim səninlə duet oxumağa nə ehtiyacım ola bilər? Mən səndən sadəcə küsdüm. İncidim ki, mənim kimi ürəyin sahibinə bunu etdin. Məni yola verdin. Sən nə işlə məşğulsan? Biz də toya gedirik də”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki