Paris prokurorluğu sağçı Milli Mitinq partiyasının lideri Marin Le Penə qarşı 2022-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi şübhəsi ilə bağlı istintaqa başlayıb.
Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, araşdırmaya Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın şikayəti səbəb olub.
Fransa qanunlarına əsasən, namizədlərin seçki kampaniyaları zamanı müəyyən edilmiş xərcləmə limitini aşması qadağandır. Şərtlər yerinə yetirilərsə, dövlət xərclərin bir hissəsini ödəyəcək. Əks halda Milli Kampaniya Hesablama Komissiyası seçki hesablarına düzəlişlər edə, həmçinin işi növbəti icraata göndərə bilər.
Marin Le Penin şərtlərə əməl etmədiyi iddia olunub.