Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğın nəticəsində ölən Adil Rüstəmov qazi imiş. Adil Aydın oğlu Rüstəmov 18 sentyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Bolnisi rayonunun Saraçlı kəndindəndir.
Busaat.az xəbər verir ki, o, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Rüstəmov Adil göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.