Medinadan qələbə paylaşımı

image-154836_f7kuowiz5dbackend

“Qarabağ”ın müdafiəçisi Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a qalib gəldikləri oyun (2:1) haqda fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, kolumbiyalı müdafiəçi əzmkar qələbədən sonra İnstaqram səhifəsində bu barədə paylaşımlar edib.

O, bunları yazıb: “Fantastik gecə. Hər şey illüziyadır, ona görə də xoşumuza gələn illüziyaları saxlayaq. Deyirlər ki, hər bir sərvətin arxasında hansısa cinayət dayanır. Sərvət nə qədər böyükdürsə, cinayət də bir o qədər böyükdür. Amma bu haqda heç nə bilmirəm. Görünür, bunu deyən adam heç vaxt sərvət qazanmayıb. Həyatda önəmli olan hədəflərin olması və onların arxasınca getməkdir”.

Qeyd edək ki, Kevin Medina ötən ilin yayından “Qarabağ”da çıxış edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90