Məzmuna keç
  • Azeri Light122.28 $▼2.47%
  • Brent neft113.51 $▲1.28%
  • WTI neft104.13 $▲0.93%
  • Avropa qazı (TTF)102.79 €▲5.41%
  • Təbii qaz (ABŞ)2.901 $▲0.14%
  • Qızıl3 989 $▼0.36%
  • Gümüş50.59 $▼1.46%
  • Pambıq78.39 ¢▲0.22%
  • Buğda606.25 ¢▼0.08%
  • Bitcoin77 620 $▼0.22%
  • Ethereum2 245 $▼0.16%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.6994▲0.0003
  • EUR1.8932▲0.0020
  • 100 RUB2.1093▲0.0012
  • GBP2.2639▲0.0059
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2545▲0.0002
  • GEL0.6550
  • 100 KZT0.3742▲0.0014
  • UAH0.0373
  • 100 JPY1.0759▼0.0002
  • CHF2.0515▲0.0048
  • USD1.6994▲0.0003
  • EUR1.8932▲0.0020
  • 100 RUB2.1093▲0.0012
  • GBP2.2639▲0.0059
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2545▲0.0002
  • GEL0.6550
  • 100 KZT0.3742▲0.0014
  • UAH0.0373
  • 100 JPY1.0759▼0.0002
  • CHF2.0515▲0.0048
Gündəm

Mehdiyevin vəkilləri şikayətlərini geri götürdü – Yeni detallar

image-2022-02-15-14-55-31kwylselfy15ao8qef0ag_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.

Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.

“Boz kardinal” hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.

Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatında və digər ünvanlarda axtarış tədbirlərinin aparılması həyata keçirilib. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=175921