Məhkəmə nazirliyin bəraət alan əməkdaşının hökmünü ləğv etdi

image-memur5543backend

Ali Məhkəmədə rüşvətə təhrik etməkdə təqsirləndirilən Müşfiq Musayevin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Busaat.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, kassasiya protesti təmin edilməyib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı hökm kassasiya protestinə əsasən onun Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, Müşfiq Musayevin Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilib. Cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin olunub. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Müşfiq Musayev 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub və ona bəraət verilmişdi.

İttihama görə, Müşfiq Musayev 2018-ci ildə Mədəniyyət Nazirliyinin Regional İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin edilib. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə G.Zeynalovanı İdarənin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsində köməklik göstərilməsi vəd edib. Müşfiq bununla bağlı 2022-ci ilin fevral ayında həmin şəxsdən 3000 manat pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki