Məkkədə 60 tunisli zəvvar ölüb

image-mekkabackend

Səudiyyə Ərəbistanında olan tunisli zəvvarlar arasında ölənlərin sayı 60-a çatıb

Busaat.az “Sinxua”ya istinadən xəbər verir ki, bununla bağlı Tunisin Ciddədəki Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, anomal istilər nəticəsində Məkkədə vəfat edən tunisli zəvvarların adlarının yenilənmiş siyahı dərc edilib. Məlum olub ki, Həcc ziyarəti zamanı dünyasını dəyişən tunisli zəvvarların sayı 60-a çatıb.

Qeyd edək ki, bu il Həcc ziyarətinə gedən zəvvarların sayı 1,8 milyonu ötüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki