Meksikada “Lidiya” qasırğası nəticəsində 2 nəfər həyatını itirib

image-meksika-qasirgabackend

Meksikada “son dərəcə təhlükəli” elan edilən “Lidiya” qasırğası Xalisko əyalətində 2 nəfərin həyatına son qoyub.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Ölkədə 4-cü kateqoriya səviyyəsinə çatan “Lidiya” qasırğası Haliskoda 200 evə ziyan vurub və bəzi magistral yolların bağlanmasına səbəb olub.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada oktyabrın 11-dən bu yana qasırğa nəticəsində 2 nəfərin öldüyü, mülki müdafiə qüvvələri və yanğınsöndürmə briqadalarından ibarət qrupların qasırğadan zərər çəkənlər üçün dayanmadan çalışdığı bildirilib.

Puerto Vallarta meri Alonzo Kastillon mətbuata verdiyi açıqlamada magistral yollara nəhəng qayaların uçduğunu və yolun iki zolaqlı hərəkətə bağlandığını bildirib.

O, gecə saatlarında böyük bir sürüşmənin meydana gəldiyini qeyd edib.

“Qruplar yolun nəqliyyata açılması üçün çalışır, bəzi vasitələrə ciddi ziyan dəyib, lakin ölən və ya yaralanan olmayıb”, – Kastillo deyib.

Qeyd edək ki, son illərdə Meksikada təsirli olan qasırğalarda çox sayda insan həyatını itirib. Həmçinin, ölkə iqtisadiyyatına böyük maddi ziyan dəyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki