Meksikada turist avtobusu uçuruma düşdü: 10 ölü
Meksikanın San Luis Potosi əyalətində turist avtobusunun uçuruma düşməsi nəticəsində 10 nəfər ölüb, 18 nəfər yaralanıb.
Busaat.az xəbər verirki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Xalisko ştatından yola düşən avtobus San Luis Potosi-Qvadalaxara magistral yolunda uçuruma düşüb.
Qəzada 10 turist həyatını itirib, bəziləri ağır olmaqla, 18 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.





