İsmayıllı rayon, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.
Busaat.az xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.
Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.