Məmur, deputat yanlış danışır, təqsir mediada görülür – PROBLEM

Məmur, deputat yanlış danışır, təqsir mediada görülür – PROBLEMbackend

Mətbuatı günahlandırmaq, baş verən neqativ hallara görə mətbuatın üstünə gəlmək sanki adi hala çevrilib. Hallar olub ki, söyləmiş olduğu fikirlərə görə rəhbərlik tərəfindən sıxışdırılan məmurlar, deputatlar dediklərini danıblar və sonda yenə də media qınanılıb.

 

Mətbuatın bu günə salınmasının səbəbi nədir? Problemin kökündə nə dayanır?

 

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyir ki, “Uman yerdən küsərlər” :

 

“Mətbuat adına sahib çıxan lakin xeyli sayda mətbuatdan uzaq adamlar var.  “Uman yerdən küsərlər”- yəni, insanların mətbuata inanmaq kimi bir funksiyası var ki, narazılıqlar da meydana gəlir. Buna görə də mətbuat peşəkar olmalı, bu inamı tam mənası ilə doğrultmalıdır. Lakin onu da deyim ki, bəzən insanların qınağı haqlı olmur. Bizən aid olmayan məsələlərdə də bizi günahkar çıxarırlar. Bəzən baş verən hadisələrə qeyri-peşəkar yanaşma insanlarda mətbuata inamın ölməsinə əsas səbəblərdən olur. Yəni hadisə baş verərkən ilkin mənbəyə müraciət edilməməsi, faktı dəqiqləşdirməmək və s. təhrif edilmiş xəbərlər formalaşdırır. Jurnalistlər bu axına qoşulmamamlı, doğru yolla getməlidir. Mətbuatın üzərinə sərt münasibətin olması həm də bizim bəzi televiziaaların günahıdır.

 

Yəni, televiziyada yayımlanan verlişləri insanlar örnək kimi götürdükləri üçün bayağı verilişlərin olmasında  jurnalistlər əsas günahkar hesab edilir. İş elə gətirib ki, oğru doğrudan çoxdur. Jurnalist imicini korlayan o qədər adam var ki, insanlar artıq kimə inanacağını bilmir. Jurnalistin əsas funksiyası maarifləndirməkdir, 100 illərlə olan ənənə dəyişməyib. Cəmiyyətin düzgün informasiyaya, maariflənməyə ehtiyacı var”.

 

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı mətbuata olan basqıya insanların öz uğursuzluqlarının səbəbini mediaya yükləmək cəhdində görür:

 

“İnsanlar öz problemlərinin həlli üçün mübarizə aparmaqdansa, bunu onların əvəzindən jurnalistlərin etməsini istəyirlər, uğur halında Allahın sağolunu demirlər, amma uğursuzluq halında jurnalistlərin üstünə yeriyirlər. İllərdir belədir. Bir çoxları yalançı və əliəyridir, amma onlara elə gəlir ki, günah özlərində deyil, onların yalançı və əliəyri olduğunu göstərən güzgüdə – mediadadır. Mətbuat yaxşıdırsa da, bu cəmiyyətin bağrından qopub, onun kimidir, pissə də. Xəstə cəmiyyətin ideal mediası ola bilmədiyi kimi, yaxşı cəmiyyətin də xəstə mediası olmaz. Media və cəmiyyət bir medalın iki üzüdür”.

 

“Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədli KİV-lə cəmiyyət arasında bir qədər etinasızlığın olduğunu deyir:

 

Yəni hər ikin tərəfin biri-birinə etibarlı olmaması bu məsələnin əsas səbəblərindən biridir. Baş verən son hadisəyə nəzər salaq. Tovuzda azyaşlı qız öldürüləndə insanlar belə bir fikir irəli sürdülər ki, “Yox, insan bu cür cinayət törədə bilməz”. Yəni bir növ bu hadisəni yazıb işıqlandıran jurnalistlər “günah keçisinə” çevrildi. Guya ki, media bu zorakılığı, iyrənc əməli təbliğ edir. Ən əsas arqumentim ondan ibarətdir- Güzgü hər zaman günahkardır.

 

Ölkədə ciddi jurnalist qıtlığı var, demək olar ki, araşdırmaçı jurnalist yox səviyyəsindədir. Yəni normal araşdırma edən, reportaj hazırlayan jurnalistləri biz görmürük. Həmin jurnalistlərin yerini təcrübəsi olmayan və peşəkarlıqdan uzaq olanlar tutur. Redaksiyalarda kütləvi şəkildə yerləşdirilmiş bu şəxslərin ard-arda buraxdığı səhvlər insanlarda təbii olaraq  mətbuata inamsızlığın yaranmasına gətirib çıxarır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki