Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.22 $▼1.98%
  • WTI neft95.40 $▼1.73%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.858 $▼0.90%
  • Qızıl3 956 $▲0.59%
  • Gümüş49.72 $▲0.25%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.50 ¢▼1.78%
  • Bitcoin76 844 $▼0.63%
  • Ethereum2 261 $▼0.48%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

“Mən transgender deyiləm” - Makronun xanımı

image-brigitte
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron transgender olması barədə mediada yayılan məlumatlara münasibət bildirib.

Busaat.az  xəbər verir ki, Fransanın birinci xanımı bu barədə “RTL France” radiostansiyasının efirində danışıb. O qeyd edib ki, haqqında yayılan bu məlumat feykdir.

B. Makron bildirib ki, onun transgender olması ilə bağlı yalan şayiələr yayan şəxslər internetdə onun ailə şəcərəsi barədə məlumatları dəyişiblər. Onun sözlərinə görə, burada söhbət onun valideynlərinin şəcərəsindən də gedir və bu, yolverilməzdir.

Birinci xanım, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə və mediada guya əvəllər kişi olması barədə məlumatları silmək üçün ona vəkili ilə 5 gün yarım lazım olub.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bricit Makronun əvvəllər Jan-Mişel Tronye (Tronye – Bricit Makronun qızlıq soyadı -red.) adlı kişi olması barədə məlumatlar paylaşılıb. Makronun həyat yoldaşı ötən ilin dekabrında bildirmişdi ki, əvəllər kişi olması və sonradan cinsini dəyişməsi barədə şayiə yayanları məhkəməyə verməyə hazırlaşır.

68 yaşlı Bricit Makronun birinci nikahından 3 övladı var. O, 2007-ci ildə Emmanuel Makron ilə ailə həyatı qurub. Fransanın 25-ci Prezidentinin isə 44 yaşı var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68507