Türkiyə bir milyon metrik ton Rusiya taxılını emal etmək və onu Afrikaya göndərmək üçün kifayət qədər imkanlara malikdir.
Busaat.az xəbər verir ki, bu barədə yerli taxıl ittifaqındakı mənbə Rusiya prezidenti ilə danışıqlar zamanı əldə olunmuş razılaşmaları şərh edərkən deyib.
“Türkiyənin taxıl emalı gücü ildə 27-30 milyon metrik ton arasında dəyişir. Onlar daha bir milyon metrik ton taxıl emal edərək una çevirməyə imkan verir. Bu, sırf texniki məsələdir və istənilən vaxt həyata keçirilə bilər”, – mənbə bildirib.
Əsas məsələ odur ki, Türkiyə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmır. Mənbə qeyd edib ki, tərəflər məhz belə mülahizələrə görə layihənin maliyyə hissəsinə cavabdeh olan Qətəri seçiblər.