Mənbə: “Zinəddin Zidan yalnız Fransa millisində məşqçiliyə qayıtmaq istəyir”

image-zineddin-zidanbackend

Fransız mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasını davam etdirə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Todofichajes məlumat yayıb.

Mənbənin sözlərinə görə, Zidan Fransa millisinə rəhbərlik etmək niyyətindədir. Hazırda o, Avro-2024-ün sonuna qədər gözləmək istəyir. Bundan sonra onun milli komandaya baş məşqçi təyin olunması variantı reallaşa bilər.

Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb. Fransız “Los Blankos”la birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub.

2012-ci ilin iyun ayından Fransa millisinə Didye Deşam başçılıq edir. Onun rəhbərliyi altında fransalılar 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının, 2021-ci ildə Millətlər Liqasının qalibi olub. Avro-2016-nın və Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatının finalına çıxıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90