“Real” baş məşqçisi Zinəddin Zidanın əvəzinə namizəd axtarışındadır.
Busaat.az xəbər verir ki, klub nümayəndələri “Yuventus”un sabiq çalışdırıcısı Massimiliano Alleqri ilə görüşüb. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər mart ayından bu məsələ ilə bağlı danışıqlar aparırlar. Alleqri özü də Madrid təmsilçisini çalışdırmağa hazırdır.
Qeyd edək ki, Alleqrini İtaliyanın bir neçə klubu da baş məşqçi vəzifəsinə gətirmək istəyir.