Dişindəki problemə görə Braziliya millisinin oyunlarını buraxacaq

image-kasemirobackend

“Real”ın futbolçusu Kazemiro DÇ-2022-nin seçmə mərhələsində Braziliya millisinə kömək etməyəcək.

Busaat.az Braziliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçuya ağıl dişinin iltihabı diaqnozu qoyulub . Oyunçuya önümüzdəki qarşıdakı beş gündə oynamaması tövsiyə olunub.

Xatırladaq ki, Braziliya DÇ-2022-nin seçmə mərhələsində Venesuela(8 oktyabr), Kolumbiya (11 oktyabr) və Uruqvayla (15 oktyabr) qarşılaşacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki