Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
Cəmiyyət

Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı

Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Magistral yollarda saxlanılan, nasazlıq səbəbindən hərəkətsiz qalan və ya hərəkətdə olan avtomobillərin arxadan gələn nəqliyyat vasitəsi ilə toqquşması bəzən ölümlə nəticələnir. Belə hallarda qəzanın baş verməsində öndəki avtomobilin sürücüsünün məsuliyyəti də müzakirə mövzusu olur.

Belə qəzalarda, xüsusilə ölüm halı baş verdikdə, öndəki avtomobilin sürücüsü hansı hallarda məsuliyyət daşıyır? Onun üçün hansı cəza nəzərdə tutulur?

Bu barədə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, burada bir neçə amil nəzərə alınmalıdır:

“İlk növbədə, öndə gedən avtomobilin dayanmış vəziyyətdə olub-olmaması, yaxud hərəkətdə olması, eləcə də sürücünün bütün təhlükəsizlik tədbirlərini görüb-görməməsi vacibdir. Əgər avtomobil nasazlıq səbəbindən yolda dayanıbsa, sürücü qəza işıq siqnallarını yandırmalıdır ki, arxadan gələn nəqliyyat vasitələri bunun qəza vəziyyəti olduğunu görsün. Ən azı 30 metr məsafədən görünməsi üçün müvafiq xəbərdarlıq tədbirləri görülməlidir. Sürücü bütün bu tədbirləri yerinə yetiribsə, onun məsuliyyəti yaranmır”.

Əkrəm Həsənov əks halda, şəxsin Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən məsuliyyət daşıya biləcəyini qeyd edib:

“Bu, ehtiyatsızlıqdan sağlamlığa zərər vurulması və ya ölümə səbəb olma halları ilə bağlıdır. Cəza isə hadisənin hallarından, nəticələrindən və ölən şəxslərin sayından asılı olaraq dəyişir. Belə hallarda iki ildən on ilədək məsuliyyət nəzərdə tutula bilər. Əgər öndəki avtomobil dayanmayıb, hərəkətdə olubsa, bu zaman vəziyyət fərqli qiymətləndirilir. Belə halda arxadan gələn sürücünün məsuliyyəti məsələsi gündəmə gəlir. Çünki o, hərəkət zamanı təhlükəsiz məsafə saxlamalı, diqqətli və ehtiyatlı olmalıdır”.

Qeyd edək ki, ötən gecə ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman doğmaları ilə ad gününü qeyd edib evə qayıdarkən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində ağır yol qəzasına düşüb. “VOYAH” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşından sürücü Anar Kərimovun və sərnişin Ada Süleymanovanın meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.// demokrat.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=86787