Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi İrfan Buzla yollarını ayırıb.
Busaat.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın bu mövsümdəki uğursuz çıxışı səbəb olub. Superlqada geridə qalan 8 oyunda 6 məğlubiyyətlə üzləşən Malatya təmsilçisi cəmi 2 qələbə qazana bilib. Komanda son beş oyundan məğlubiyyətlə ayrılıb. 6 xalı olan “Yeni Malatyaspor” hazırda 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İrfan Buz bu ilin mart ayında “Yeni Malatyaspor”a baş məşqçi təyin olunmuşdu.