Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.81 $▼0.71%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)83.72 €▼2.06%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 764 $▼0.62%
  • Gümüş45.59 $▼0.48%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin64 693 $▼0.28%
  • Ethereum1 810 $▼0.69%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

Bu maşınlarla bağlı sensasiyalı qərar – 3 il davam edəcək!

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, ölkədə “ikinci əl” avtomobillərin rəsmi satışı üçün yeni vergi mexanizmi və prosedur müəyyənləşdirilir.

Qanun layihəsinə görə, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilən “ikinci əl” avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) avtomobilin ümumi dəyərindən deyil, məhz ticarət əlavəsindən (marjadan) hesablanması təklif olunur.

Sənəddə qeyd olunur ki, rəsmi diler şəbəkələri ilə keçirilən görüşlər zamanı istehsal tarixi 5 ildən çox olmayan istifadə edilmiş avtomobillərin alqı-satqısı üzrə yaranan yüksək ƏDV yükü əsas problemlərdən biri kimi qaldırılıb. Mövcud şirkətdaxili siyasətə uyğun olaraq, dilerlər bu nəqliyyat vasitələrini komisyon ticarəti formasında deyil, birbaşa alıb yenidən satmaqla rəsmiləşdirirlər.

Nəticədə ƏDV satışın tam məbləğindən hesablanır ki, bu da yalnız dilerin ticarət marjasına deyil, avtomobilin ümumi qiymətinə ağır vergi yükünün düşməsinə səbəb olur.

Mövcud yanaşmanın komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün qeyri-bərabər rəqabət şəraiti yaratdığı, ikinci əl avtomobil bazarında qiymətlərin süni artımına və qeyri-rəsmi dövriyyənin genişlənməsinə yol açdığı vurğulanıb. Yeni mexanizmin tətbiqi isə vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, maliyyə şəffaflığının artırılmasına və orta və uzunmüddətli perspektivdə büdcə daxilolmalarının artmasına xidmət edəcək.

Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.// yenisabah

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=189053