Klopp: “Hərdən Qvardiolanı incidirəm”

image-klopbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın növbəti turunda “Mançester Siti” ilə keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb. 

Busaat.az xəbər verir ki, 54 yaşlı mütəxəssis goal.com-a açıqlamasında rəqibin baş məşqçisi Xosep Qvardiola haqqında da danışıb:

“Pepə nə deyəcəyimi bilmirəm, amma onu sevirəm! Açığı, zaman zaman mətbuat konfranslarında onu əsəbiləşdirirəm. Pep haqqında pis bir şey demək istəmirəm. Amma “Manchester Siti”dən kimsə ona “Klopp sənin haqqında bunu söylədi” deyəndə, görürəm ki, əsəbiləşir. Buna görə üzr istəyirəm! Mən ona çox hörmət edirəm. Bir -birimiz haqqında çox şey bildiyimizi düşünürük, amma bilmirik. Hərdən onu incitdiyimi anlayıram”.

Qeyd edək ki, “Liverpul” – “Mannçester Siti” oyunu sabah keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki