Pep Qvardiola “Arsenal” ilə oyunda “Mançester Siti”nin məğlubiyyətini şərh edib.
Busaat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“İlk hissədə 10-15 yaxşı şansımız oldu, lakin onlar ikinci hissəyə yaxşı başladılar. Oyun gərgin keçdi. Hər şey bir ribaundla həll olundu.
Çox yaxşı müdafiə olunduq, futbolçular hər şeyi verdilər. Bu futboldur, uduzduq. Biz daha güclü qayıdacağıq.
Mən bu futbolçuları uzun illərdir tanıyıram və biz birlikdə çox şeyə nail olmuşuq. Onların qaçdığını və döyüşdüyünü görmək şərəf və imtiyazdır”, – deyə BBC Qvardioladan sitat gətirib.
Xatırladaq ki, oktyabrın 8-də İngiltərə Premyer Liqasının 8-ci turunun matçında “Arsenal” və “Mançester Siti” komandaları qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qol 87-ci dəqiqədə vurulub. Onun müəllifi “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Martinelli olub.
“Arsenal” 20 xal toplayıb və İngiltərə çempionatında lider “Tottenhem”i geridə qoyaraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Üçüncü yerdə “Mançester Siti” qərarlaşıb. Komanda səkkiz görüşdən sonra 18 xal toplayıb.