“Tottenhem” – “Liverpul” qalmaqallı oyunundan sonra Argentina millisinin tərəfdaşları mübahisə edib

image-tottenhem-1backend

Busaat.az xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister və “Tottenhem”in müdafiəçisi Kristian Romero sosial şəbəkədə mübahisə edib.

Komandalar arasında baş-başa oyundan sonra “Spurs”un müdafiəçisi sosial şəbəkədə azarkeşləri ilə bayram şənliyində çəkilmiş fotonu yerləşdirib və bu şərhi yazıb: “Bu komandanın güclü ruhu, böyük ürəyi var”.

Mak Allister şərhlərdə belə yazıb: “12 oyunçunun olması normaldır”. Romero Argentinalı komanda yoldaşına belə cavab verib: “Evdə ağla”. Mak Allister daha sonra şərhini silib.

Xatırladaq ki, sentyabrın 30-da İngiltərə Premyer Liqasının 7-ci turunun oyununda “Tottenhem” və “Liverpul” klubları üz-üzə gəlib. Komandalar Londonda (İngiltərə) “Tottenhem Hotspur” stadionunda qarşılaşıblar. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqada keçirilən yeddi oyundan sonra “Spurs” 17 xalla ikinci, “Liverpul” isə 7 turdan sonra 16 xalla dördüncü yerdədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki