“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə çempionatında ardıcıl iki oyunda məğlub olmasından danışıb.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Aleks Kruk X sosial media hesabında yazıb.
“Mançester Siti”nin ardıcıl iki matçda məğlub olması xəbər deyil. Ardıcıl 12 məğlubiyyətdən sonra “Arsenal”ın ilk dəfə “Mançester Siti”ni məğlub etməsi xəbərdir”, – jurnalist Qvardioladan sitat gətirir.
Xatırladaq ki, İngiltərə çempionatının 7-ci turunun matçında “Mançester Siti” səfərdə “Vulverhempton”a uduzub (1:2). Bundan sonra “şəhərlilər” “Arsenal”a uduzub (0:1).
İngiltərə çempionatının səkkiz turundan sonra “Mançester Siti” 18 xalla İngiltərə çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komanda növbəti turda “Brayton”la qarşılaşacaq, matç oktyabrın 21-də baş tutacaq.