Yurgen Klopp hazırda “Liverpul”un əsas problemindən danışıb

image-yurgen-kloppbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Kodi Qakponun Premyer Liqada “Tottenhem”lə matçda (1:2) zədələnməsindən danışaraq, bunu onun əsas problemi adlandırıb.

Busaat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

“Gakponun ayağında sarğı var, o hələ axsayır. Düzünü desəm, hazırda ən böyük problemim budur. İki oyunçumuzu qırmızı vərəqə, üçüncü oyunçumuzu isə zədə səbəbindən itirdik. Hər şey çox pisdir.

Kodi qol vurdu, lakin bu zərbədən sonra o, daha da diskomfort hiss etdi. O, bundan əvvəl qayda pozuntusuna görə zədələnmişdi”, – deyə Klopp bildirib.

Qeyd edək ki, Premyer Liqada keçirdiyi 7 oyundan sonra “Spurs” 17 xalla 2-ci, “Liverpul” isə 7 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb.

Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki