“Liverpul”un baş məşqçisi Yurgen Klopp mütəxəssis Julian Nagelsmannın Almaniya millisinə rəhbərlik edə biləcəyi ilə bağlı fikirlərini söyləyib.
Busaat.az xəbər verir ki, bu barədə RTL məlumat yayıb.
“Düşünürəm ki, Julian əla həlldir. O, gözəl məşqçidir və hər şey belə alınsa, şad olardım. Yaş? fərq etməz. 28 yaşına kimi o, görkəmli məşqçi olduğunu artıq sübut etmişdi. Onun ən yüksək səviyyədə səkkiz illik təcrübəsi var – bir çoxları buna yalnız 45-50 yaşlarında nail olurlar.
Mən “Liverpul”a sadiqəm, ürəyim buradadır. Siz sadəcə son səkkiz ili kəsə bilməzsiniz. Komanda ilə müqavilə bağlamışdım və yadıma düşdü ki, o an nə yuxulu idim, nə də sərxoş. Bu, şüurlu bir qərar idi. Ona görə də mənim “Liverpul”dan ayrılmağım indi mümkün deyil”, – RTL Kloppun sözlərindən sitat gətirir.
Klopp səkkiz ilə yaxındır (2015-ci ildən) “Liverpul”un baş məşqçisidir. Alman mütəxəssisin rəhbərliyi altında mersisaydlılar Avropa Liqası istisna olmaqla, bütün mümkün turnirlərdə qalib gələ bilib. 56 yaşlı çalışdırıcının “Liverpul”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.