Kloppdan Ozan Kabak açıqlaması

image-ozankabakbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Şalke”dən icarəyə götürdükləri Ozan Kabakın klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Busaat.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, türk müdafiəçinin taleyi ilə bağlı hələ qərar vermədiklərini deyib: “Ozan möhtəşəm iş gördü. İndidən əla təcrübəyə sahib gənc oyunçu olduğunu unutmamaq lazımdır. Fərqli klublarda oynayıb, Türkiyədən Almaniyaya çox gənc yaşda gedib.  Qərar vermək üçün yetəri qədər zamanımız var.  Onun komandaya uyğunlaşması vaxt apardı, ancaq bizim üçün çox yaxşı işlər gördü. Gələcəyi haqqında danışıb, son matçdan sonra qərar verəcəyik”.

Qeyd edək ki, O.Kabak yanvar ayından “Liverpul”da icarə əsasında oynayır. O, açıqlamasında Mersisayd təmsilçisində qalmaq istədiyini deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90