Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.63 $▲0.84%
  • WTI neft101.50 $▲0.70%
  • Avropa qazı (TTF)95.40 €▼0.71%
  • Təbii qaz (ABŞ)2.976 $▼2.01%
  • Qızıl4 054 $▲0.59%
  • Gümüş54.20 $▲0.84%
  • Pambıq78.95 ¢▼0.20%
  • Buğda614.75 ¢▲0.04%
  • Bitcoin79 905 $▼0.13%
  • Ethereum2 317 $▼0.16%
  • S&P 5007 683▲0.09%
19°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
İdman

“Liverpul” Salahın yerinə “Atletiko”nun hücumçusunu almaq niyyətindədir

image-joau-feliks
Joau Feliks
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubunu tərk edərək Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçə bilər.

Busaat.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

Mənbə bildirir ki, “Liverpul” Salahın yerinə “Atletiko”nun hücumçusu Joau Feliksi nəzərdən keçirir. 23 yaşlı portuqaliyalı futbolçunun Madrid klubundan ayrılmaq istədiyi qeyd edilir.

Daha əvvəl bildirilmişdi ki, “Əl-İttihad” Salaha təxminən 76 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Misirlinin “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimi imzalanıb. Salah 2017-ci ilin yayından “qırmızı-qaralar”da çıxış edir. Komanda ilə birlikdə 2018/2019 Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, 2022/2023 mövsümünün ikinci yarısında Feliks icarə əsasında “Çelsi”də çıxış edib. Bütün yarışlarda londonluların heyətində keçirdiyi 20 matçda 4 qol vurub. Futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.

Transfermarkt internet portalına görə, sözügedən futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119528