“Liverpul”un sahibi Con Henri Avropa Superliqasından imtina etmələrindən sonra azarkeşlərə müraciət edib.
Busaat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, sözügedən layihəyə dəstək verdikləri üçün baş məşqçi Yurgen Klopp və azarkeşlərdən üzr istəyib:
“Son iki sutkadakı nigaranlıqlarına görə bütün azarkeşlərdən üzr istəyirəm. Superliqa azarkeşlərin dəstəyi olmadan mümkün olmazdı. İngiltərədə heç kim başqa cür düşünmür. Bunu çox açıq şəkildə nümayiş etdirdiniz və mən sizi eşitdim.
Yurgen Klopp, futbolçular, klubda çalışan hər kəsdən üzr istəyirəm. Onların baş verənlərlə heç bir əlaqələri yoxdur. Ancaq ən çox narahat olan da onlar idi. Bunu dərk etmək məni incidir. Hər şeyə görə cavabdeh mənəm. Ümid edirəm ki, səhv etdiyimiz zaman da klubumuzun mənafeyi naminə çalışdığımızı anlayırsınız”.
Xatırladaq ki, aprelin 19-da “Liverpul” da daxil olmaqla Avropanın 12 nəhəng klubu Avropa Superliqası yaratdıqlarını açıqlamışdı. Artıq İngiltərə klublarının altısı da layihədən geri çəkilib. Superliqanın isə fəaliyyətini dayandırdığı elan olunub.