Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft106.46 $▼3.21%
  • WTI neft97.57 $▼3.19%
  • Avropa qazı (TTF)96.19 €▼7.46%
  • Təbii qaz (ABŞ)2.937 $▲1.03%
  • Qızıl3 953 $▲1.11%
  • Gümüş50.92 $▲1.67%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda604.50 ¢▲0.29%
  • Bitcoin77 818 $▼0.52%
  • Ethereum2 288 $▲0.72%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Maqazin

"Məni sevmədiklərinə görə əmisi və qardaşları Musa ilə danışmır" - VİDEO

image-musa34-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Musa Musayev olmağımda əmim Xalq artisti Niyaməddin Musayeva borcluyam”.

Busaat.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Musa Musayev qonaq olduğu “Gül kimi şou” verilişində deyib.

Musa bildirib ki, əmisi Niyamməddin Musayev onun başının tacıdır:

“Bizim oxuduğumuzda əmim Niyamməddin müəllimin tərzi, üslubu və bu sənətdə qoyduğu yoludur. Onun yolunu da biz davam etdiririk. O bir dağdır, biz isə onun yamacı, ətəyiyik. Əmim Niyamməddin müəllim başımın tacıdır”.

Proqramın aparıcısı Cavid Gülün “Hamı sizin Xalq artisti Niyamməddin Musayevlə danışmadığınızı, küsülü olduğunuzu zənn edir” sözlərinə Musa Musayevin həyat yoldaşı müğənni Təranə Qumralın cavabı belə olub:

“Musa gənc olanda Niyamməddin müəllim ona arxa-dayaq çıxıb. Buna görə, ona təşəkkürümüzü bildiririk. Çox sağ olsun! Niyamməddin Musayev Azərbaycanın sənət əsəridir. Buna kim müdaxilə edə bilər? O, xalqın sevimli, dəyərli sənətkarıdır! Bu günləri yerindən qalxıb müğənni olmaq istəyənlər populyar olmaq üçün Niyamməddin Musayevin dəst-xəttinə, sənətinə müraciət edir. O ki qaldı Niyamməddin Musayevin Musa Musayevlə danışıb, danışmamağına… Onlar danışsalar da, danışmasalar da Niyammədin Musanın əmisidir. Danışa da bilər “ət dırnaqdan ayrılmayan kimi…”

Bəli, onlar küsülüdürlər. Musa boynuna almasa da mən deyirəm ki, Musa hazırda qardaşları ilə küsülüdür. Əmisi ilə də lazım olanda danışır, lazım olmayanda danışmır. Onlar hazırda da danışmırlar. Amma o Musanın əmisidir və dəxli də yoxdur. Onların danışmamaqlarının səbəbi mənəm. Mənə görə danışmırlar. Niyə biz bunu gizlətməliyik ki? Elin, xalqın gözü tərəzidir. Onlar məni sevmədiklərinə görə Musa ilə danışmırlar.

Qardaşlarından biri mənimlə qarşılaşanda dövrə vurub, qaçır. Amma qarşılaşsaq mən gəlib yanında oturaram. Mənə belə şeylər və heç kim, heç nə maraqlı deyil. Kim istəyir harada oturur özü bilər, mənim öz yerim var. Öz yerimdə də otururam, heç kimin yerini dar etmirəm. Kimə də yer dardısa buyurub keçə bilər başqa bir masaya.

Harada yerimi göstərirlər orada da otururam. İstəyir Könül Kərimova, istəyir Cabbar Musayev, istəyir Niyamməddin Musayev olsun… Mənə maraqlı deyil o məclisdə onlar var ya yox… Könül ilə Cabbar bir yerdədir deyə münasibət də bizlə yoxdur.

Amma mənim Könülə heç bir pisliyim keçməyib. Mən Könülü buna görə, qınamıram. Niyə? Çünki onlar bir yerdədirlərsə Cabbarın dediyini etməli və təsdiqləməlidir. O mənim dediyimi etməməlidir ki…”

Verilişin gedişatında aparıcının “Televiziyada Musayevlər ailəsini bir yerdə nə vaxtsa görə biləcəyik?” sualına Musa “Bu mümkün deyil” deyə cavab verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128310