“Mənim üçün dua edin” – Toppuş bacı

image-1659353119_2022-01-19-10-22-14fxwahbzyr4gnlrol2xzh_filebackend

“Bu gün çox ağır “kimya” alacağam, sadəcə olaraq dua edin”.

Busaat.az xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva “Tiktok”da canlı yayımda deyib.

“Toppuş bacı” qeyd edib ki, kimyaterapiya müalicəsi davam edir.

“Onkologiyadayam. Kimyaterapiya alıram, nə qədər davam edəcək, bilmirəm. Birincini almışam, ikinci gedib. Bu gün çox ağır “ximya” alacağam, sadəcə olaraq dua edin. Bizim kimi xəstələr həssas olur. Mən həmişə maskada gəzirəm”.

“Mən allahdan narazı olmadım. Nə verdisə, şükür etdim. Mən yenə də güləcəyəm. Yaxşı olacaq. Allahdan ümid üzülməz”, – deyə aktrisa bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90